İran XİN Ukraynanın Xəzər dənizində İranın ticarət gəmisinə hərbi təcavüzünü kəskin şəkildə pisləyi…
انتشار: 2026/07/27 07:47 UTCدریافت: 2026/08/11 07:35 UTCآخرین مشاهده: 2026/08/11 07:35 UTC
İran XİN Ukraynanın Xəzər dənizində İranın ticarət gəmisinə hərbi təcavüzünü kəskin şəkildə pisləyibİran İslam Respublikasının Xarici İşlər Nazirliyi Ukrayna rejiminin iyulun 25-i səhər saatlarında Xəzər dənizində İranın ticarət gəmisinə etdiyi və gəminin partlaması, bir dənizçinin şəhid olması, daha bir nəfərin isə yaralanması ilə nəticələnən hərbi təcavüz aktını kəskin şəkildə pisləyir. Bu addım BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndinin açıq-aşkar pozulması, müharibə alovunu daha da qızışdıra və miqyasını genişləndirə biləcək təcavüzkar bir əməldir.Ukrayna rejiminin Xəzər dənizində İranın ticarət gəmisinə qarşı törətdiyi və həmin rejimin rəhbəri tərəfindən də etiraf edilən bu təcavüz, Kiyevin İran İslam Respublikasına qarşı qeyri-məntiqi və düşmənçilik xəttini davam etdirdiyinin bariz sübutudur.İran İslam Respublikası Rusiya-Ukrayna münaqişəsində heç vaxt tərəf olmadığını bir daha vurğulayaraq BMT Təhlükəsizlik Şurasının, Avropa dövlətlərinin və BMT-nin bütün üzvlərinin diqqətini bu inkarolunmaz reallığa cəlb edir: Ukrayna rejimi İranın dinc ticarət gəmisinə hücum etməklə yalnız beynəlxalq hüququ tapdalamayıb, həm də təhlükəli şəkildə müharibə və qeyri-sabitlik zonasını genişləndirməyə cəhd göstərir.Şərqi Avropada və həmsərhəd regionlarda sülh və təhlükəsizlikdə maraqlı olan hər bir tərəf Ukrayna rejiminin bu təhlükəli addımına qarşı məsuliyyətli mövqe nümayiş etdirməli, Rəsmi Kiyevi bu cinayətkar və təhrikedici əmələ görə məsuliyyətə cəlb etməlidir.İran İslam Respublikası beynəlxalq hüququn fundamental prinsip və normalarına, xüsusilə də qanuni özünümüdafiə hüququna əsaslanaraq, öz milli maraqlarını və təhlükəsizliyini qətiyyətlə qoruyacaqdır. Ukrayna rejimi rəhbərliyinin bu avantürasından doğacaq bütün nəticələrin məsuliyyəti birbaşa həmin rejimin, onun havadarlarının və təhrikçilərinin üzərinə düşür.



