İran səfirliyindən yeniyetmələrdən ibarət milli güləş komandasının uğurları münasibətilə təbrik mes…
انتشار: 2026/08/03 06:41 UTCدریافت: 2026/08/11 07:35 UTCآخرین مشاهده: 2026/08/11 07:35 UTC
تاریخچه بازدید مشاهدهشده
حدود 0 بازدید تازه در ساعت در این نمونهپستهای تلگرام — سفارت جمهوری اسلامی ایران - باکو
İran və Azərbaycan Respublikası gənclər və idman sahəsində əməkdaşlığın inkişafı barədə razılığa gəlibƏhməd Dünyamalı ilə Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov arasında keçirilən görüşdə idman diplomatiyasının inkişafı, idman federasiyaları arasında əməkdaşlığın genişləndirilməsi, birgə təlim-məşq toplanışları və yarışların təşkili, məşqçilər və idmançıların mübadiləsi, eləcə də təhsil və istedadların aşkar edilməsi sahəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.Həmçinin iki ölkənin 2026–2028-ci illər üzrə idman və gənclər sahəsində əməkdaşlığa dair İcra Proqramı sənədi hər iki ölkənin nazirləri tərəfindən imzalanıb.
Biləsuvar gömrüyündə keçidin asanlaşdırılması və sürətləndirilməsinin əhəmiyyəti vurğulandıƏrdəbil əyalətinin valisi Məsud İmami Yegane İranın Azərbaycan Respublikasındakı səfiri Müctəba Dəmirçilu, İslam Şurası Məclisində Parsabad, Biləsuvar və Aslandüzü təmsil edən deputat, eləcə də valinin tikinti və iqtisadi məsələlər üzrə müavinləri ilə birlikdə Biləsuvar sərhəd-gömrük keçid məntəqəsinə baş çəkib.Səfər zamanı ixrac, idxal və tranzit yükləri daşıyan yük avtomobillərinin hərəkətinin son vəziyyəti, eləcə də Biləsuvar gömrüyündə göstərilən xidmətlərin gedişi nəzərdən keçirilib. Həmçinin Azərbaycan Respublikasının Biləsuvar sərhəd-gömrük keçid məntəqəsinə baxış zamanı hər iki ölkənin yük avtomobillərinin keçidinin asanlaşdırılması və sürətləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Mesajda bildirilir ki, ölkəmizin yeniyetmə güləşçilərinin qazandığı uğurlar və idmançılarımızın, məşqçilər heyətinin və idarəetmə heyətinin əzmkarlığı, iradəsi, həmrəyliyi və yüksək peşəkarlığı sayəsində ucaldılan gözəl və qürurverici İran bayrağı bütün iranlılar üçün iftixar və qürur mənbəyidir, eyni zamanda ölkəmizin dünya arenasında daha böyük uğurlar qazanması üçün zəmin yaradır.Qeyd edək ki, yeniyetmələr arasında sərbəst güləş üzrə dünya çempionatı 31 iyul–2 avqust tarixlərində Azərbaycan Respublikasının Bakı şəhərində keçirilib. İran millisi 3 qızıl, 1 gümüş və 2 bürünc medal, həmçinin 145 xalla ikinci yeri tutub.Bundan əvvəl isə İran komandası 27-29 iyul tarixlərində Bakıda keçirilən yeniyetmələr arasında yunan-Roma güləşi üzrə dünya çempionatında 2 qızıl, 2 bürünc medal və 96 xalla üçüncü yeri tutmuşdu.
İran və Azərbaycan gömrük əməkdaşlığının inkişafı və tranzitin asanlaşdırılması barədə razılığa gəliblərİran İslam Respublikası və Azərbaycan Respublikasının gömrük orqanlarının rəhbərləri gömrük əməkdaşlığının inkişaf etdirilməsi və tranzitin asanlaşdırılması barədə razılığa gəliblər.Bu görüş iyulun 30-da İranın Biləsuvar şəhərində İran İslam Respublikası İqtisadiyyat və Maliyyə nazirinin müavini, İran Gömrük Administrasiyasının rəhbəri Forod Asqarinin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırovun sədrliyi ilə keçirilib. Görüşdə hər iki ölkənin gömrük orqanlarının nümayəndələri, o cümlədən Astara, Biləsuvar və Poldəşt gömrüklərinin baş idarələrinin rəhbərləri, həmçinin İran İslam Respublikasının Bakıdakı səfiri Müctəba Dəmirçilu iştirak ediblər.Görüş zamanı fiziki və proqram təminatı infrastrukturunun təkmilləşdirilməsi, eləcə də iş proseslərində daha sıx koordinasiyanın təmin edilməsi yolu ilə gömrük prosedurlarının sadələşdirilməsi və sürətləndirilməsi, sərhəd-keçid məntəqələrindən nəqliyyat vasitələrinin keçidinin asanlaşdırılması məsələləri müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.İclasın sonunda görüşün protokolu hər iki ölkənin gömrük rəhbərləri tərəfindən imzalanıb, daha sonra Biləsuvarda hər iki ölkənin gömrük qurumlarının sərhəd-keçid məntəqələri, obyektləri və avadanlıqlarına baxış keçirilib.



