. Qoca Kişi İlə EşşəkBu axşam nədənsə zaman durmuş kimidir! Görəcəyim bir çox işlər var önümdə, di…
انتشار: 2026/08/12 13:04 UTCدریافت: 2026/08/15 06:37 UTCآخرین مشاهده: 2026/08/15 06:37 UTC
. Qoca Kişi İlə EşşəkBu axşam nədənsə zaman durmuş kimidir! Görəcəyim bir çox işlər var önümdə, di gəl, əlim heç bir işə yatmır! Nə edim, nə etməyim deyə düşünərkən, yenə də Ezop düşdü yadıma! Dedim, yenə də ona bir baş vurum və bəlkə elə onun yardımıyla bu durmuş zamanın donmuşluğunu çözə bilim, yenə də duyum: zaman var, keçir və yarın bu gündən yaxşı olsun gərək!Belə də oldu. 2600 il uzunluğunda olan bir zamanı keçirən Ezop bu bir axşamı da keçirə bilməzdimi?!Ezopun isə bu gecəyə söylədiyi təmsili belə bir nağıl oldu, mən sevdim, siz də bəlkə sevə biləsiniz dostlar!Günlərdən bir gün bir əkinçi eşşəyi ilə zəmisindən evinə dönürmüş, yolunun üstündə bir yaşıl, gözəl otlağa gəlib çatır; öz-özünə deyir: “Gəl burada bir az dincəl, qoy Allahın bu heyvanı da bu yaşıl tər otlardan bir az yesin və xoş olsun!“Dediyi kimi də edir. Eşşəyindən enir, heyvanı buraxır öz başına... Hər bir zülmə, acımasızlığa dözən heyvanın əlinə yaxşı bir girəvə düşür! Başlayır otlağın tər otlarından yeməyə; yumşaq otların içində nəşəylə uzanıb yuvarlanmağa; bununla birlikdə ürəyində yığışıb qalmış, heç bir qulağa çatmamış sözlərini də var gücüylə şirin-şirin anqırmağa!Sən demə, əkinçinin eşşəyinin nəşəsindən aldığı zövq bir o qədər də uzun sürməyəcəkmiş!Çünki birdən-birə haradansa atlı biri görünür; bu atlıdan ona xeyir gəlməyəcəyini əkinçi həmən anlayıb eşşəyini yola düşməyə çağırır. Eşşək isə əkinçiyə: “Deyirsən bəs mən o qədər eşşəyəm ki, bilmirəm mənə ikiniz deyil, biriniz minəcəksiniz! İstər sən min, istərsə sənin o düşmənin minsin mənə, hər ikiniz də mənim düşmənim deyilsinizmi?” Eşşəyinin sözlərini eşidən əkinçi öz canını qurtarsın deyə, eşşəyini buraxıb qaçır!***Bu eşşəyin sözləri məni həm dərindən düşündürdü, həm də kədərləndirdi! Eşşək olan bu heyvan, nə gözəl bunu anladı: onun yiyəsi kim olursa olsun, onu minəcək, istədiyi vaxtda döyəcək, dəyənəklə baş-qulağını əzəcək də! İstər bu adam əkinçi olsun, istərsə onun düşməni, hər ikisi də onun düşmənidir!Heyvan olan eşşəyin anladığı bu sadə gerçəyi, “Yaradılışın tacı” olan biz nədən anlaya bilmədik?!Bizə minən, bizimlə dəyənəklə davranan birini bizə hələ minməmiş birinə üstün tutduq; onun uğrunda minlərlə qurban verdik?!Barı sonradan bunu özümüzdən soruşaq!Ezop və Antik dünyasından.Çevirəni: Əziz Səlami.
تاریخچه بازدید مشاهدهشده
حدود 1 بازدید تازه در ساعت در این نمونهچرخه عمر مشاهدهشده پست
فقط نزدیکترین اسنپشات واقعی در محدوده هر نقطه زمانی استفاده میشود؛ هیچ مقداری درونیابی نمیشود.
برای رسم منحنی دستکم دو مشاهده واقعی لازم است.
| ۱ ساعت | الگو | عملکرد نسبی ۲۴ ساعته |
|---|---|---|
| ۹ | ناکافی | — |
پوشش: ناکافی · ۳ اسنپشات واقعی · دسترسپذیری حداکثر هفتروزه · post-lifecycle-natural-7d-v1


