حسن اروج زاده، از فعالان سیاسی و اقتصادی آذربایجان به تاریخ شنبه ۷ مهرماه ۱۴۰۳ توسط وزارت اطلاعات ب…
انتشار: 2026/08/10 09:27 UTCدریافت: 2026/08/12 03:16 UTCآخرین مشاهده: 2026/08/12 03:16 UTC
حسن اروج زاده، از فعالان سیاسی و اقتصادی آذربایجان به تاریخ شنبه ۷ مهرماه ۱۴۰۳ توسط وزارت اطلاعات بازداشت شده است. Həsən Hardadı?Bu videonu ilk gördüyüm vaxtdan az qaldı iki il keçsin. Bu bizim igid qardaşımız Həsən Oruczadədir. Videonun altında Həsən qardaşımızın fars rejimi tərəfindən tutulması xəbəri yazılmışdı.Həsən qardaşımızın coşqun vətən sevgisi, "Yaşasın Azərbaycan!" deməyi ilə dar ağacından belə asılmağa hazır olması məndə ona qarşı dərin bir qardaşlıq sayğı və sevgi duyğusu oyatdı. O duyğumdan da elə o vaxt yazdığım bu şeir ortaya çıxdı.Həsəndən sonra heç bir xəbər oxumadım bir yerdə, fars rejiminin dustaqlarında olan yurddaşlarımızın adları içində onun adını heç görmədim. Niyə?! Nədən Həsən kimi bir qardaşımızın adı dustaq qardaşlarımızın adı içərisində görünmədi?!Bu gün Həsənin zindanda ürək infarktı keçirdiyi xəbəri məni çox sarsıtdı! Bu xoş simalı, yaraşıqlı, görünüşündən də bililnən sağlam gövdəli qardaşımızın başına nə gətirdi İran rejimi ki, bu dəhşətli hadisə ilə qarşılaşdı?!Həsən: "Yaşasın Azərbaycan deməklə qoy məni edam etsinlər!" demişdi və qəhrəmancasına sözünün üstündə durdu və dar ağacında asılmaqdan da fəlakətli olan belə bir dəhşətli günlə üz—üzə gəldi!Mənim ürəyimi qanadan da budur ki, nədən Həsən kimi bir qardaşımızın adı adlar içərisində görünmədi, ya da çox az göründü?!İgid qardaşımız Həsənə tuş olduğu ağır xəstəliyindən qurtulmasını ta candan arzu edirəm. Həsən qardaşımızdan bu xəbəri eşidə biləydik barı!.


